"Middleeasteye" informasiya portalının verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman krallığın taxt-tacına namizəd ola biləcək 20-dən çox şahzadənin qandallatdırıb.
Bin Salman onları hakimiyyət əleyhinə çeviriliş, ölkəyə xəyanət və Amerika casusluq şəbəkələri ilə əlaqədə ittiham edib.
Bu məlumata əsasən Nayf bin Əhməd bin Əbdüləziz (indiki kralın qardaşı oğlu və Ərəbistanın quru qoşunlarının təhlükəsizlik xidmətinin rəisi), Əhməd bin Əbdüləziz (indiki kralın qardaşı) və Nəvaf bin Nayf (Məhəmməd bin Nayfın qardaşı və bu ölkənin sabiq vəliəhdi) həbs edilənlər arasındadırlar.